Misirin altı vilayətində əlverişsiz hava şəraiti ilə əlaqədar məktəblərdə dərslər ləğv edilib, hakimiyyət orada fövqəladə vəziyyət elan edib.
AzerTimes-ın məlumatına görə, bu barədə “Al Youm As Sabi” portalı xəbər verib.
Məlumata əsasən, atmosfer cəbhəsi ölkənin əksər ərazilərində güclü yağışa və güclü dumana səbəb olub
Hər yerdə təhlükəsizlik tədbirləri gücləndirilib.
Ölkənin Səhiyyə və Əhali Nazirliyindən verilən məlumata görə, əlverişsiz hava şəraiti nəticəsində baş verən hadisələr nəticəsində 3 nəfər ölüb.