Misirdə COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb

Misir COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb.

AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezidentin Sağlamlıq və Profilaktika üzrə məsləhətçisi Məhəmməd Avad Təqaddin bildirib.

Onun sözlərinə görə, dekabrın 31-də ölkədə ən yüksək yoluxma halı qeydə alınıb – 1418 nəfər, indi isə sutkada 521 yoluxmaya qədər düşüb.


Eyni zamanda, prezidentin müşaviri Səhiyyə Nazirliyinin rəsmi statistikasının real xəstələnməsini əks etdirmədiyini, lakin ümumi fikir və göstəricilər verdiyini etiraf etdi:

“Bu faktı nəzərə alsaq da ümumi yoluxma göstəricilərin aşağı düşməsini görürük”.