Misir COVID-19 epidemiyasının ikinci dalğasının pik həddi aradan qalxıb.
AzerTimes-ın məlumatına görə, bu barədə ölkə prezidentin Sağlamlıq və Profilaktika üzrə məsləhətçisi Məhəmməd Avad Təqaddin bildirib.
Onun sözlərinə görə, dekabrın 31-də ölkədə ən yüksək yoluxma halı qeydə alınıb – 1418 nəfər, indi isə sutkada 521 yoluxmaya qədər düşüb.
Eyni zamanda, prezidentin müşaviri Səhiyyə Nazirliyinin rəsmi statistikasının real xəstələnməsini əks etdirmədiyini, lakin ümumi fikir və göstəricilər verdiyini etiraf etdi:
“Bu faktı nəzərə alsaq da ümumi yoluxma göstəricilərin aşağı düşməsini görürük”.