Misirdə avtobus qəzasında 17 nəfər öldü

Misirdə avtobus qəzasında 17 nəfər öldü

Misirin cənubunda Sohaq əyalətində sərnişin avtobusu yük maşını ilə toqquşub. Qəza nəticəsində 17 nəfər həlak olub.

AzerTimes xəbər verir ki, bu barədə “Skay Nyus Arabiya” telekanalı məlumat yayıb.

“Avtobus sürücüsü digər avtomobili ötmək üçün qarşı zolağa çıxıb və yük maşınına çırpılıb. 17 nəfər hadisə yerində ölüb. Daha 7 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qəzaya görə məsuliyyəti avtobusun sürücüsü daşıyır”, – məlumatda bildirlir.

Teqlər: