Misirdə 13 mərtəbli bina çökdü: yaralılar var

Misirdə 13 mərtəbli bina çökdü: yaralılar var

Misirin İsgəndəriyyə şəhərində 13 mərtəbəli bina anidən çöküb.

AzerTimes yerli mediaya istinadən xəbər verir ki, dağıntılar altında xeyli insanın olacağı ehtimal edilir. İlkin məlumata görə, 4 nəfər yüngül xəsarət alıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir, zərərçəkənlərin axtarışı və həkimlərə təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Binadakı mənzilləri əsasən istirahətə gələn turistlərin icarələdiyi bildirilib.

Bundan əlavə, binada ticarət mərkəzi də yerləşibmiş.

Məlumata görə, əraziyə mütəxəssislər tərəfindən baxış keçirilib, araşdırma aparılır.

Teqlər: