Misir sahilində indi də yaxta yandı

Misir sahilində indi də yaxta yandı

Qırmızı dənizdə, Misir sahillərində üzən “Hurricane” adlı yaxtada baş verən elektrik qısaqapanması yanğına səbəb olub.

AzerTimes xəbər verir ki, bu barədə “Qardian” məlumat yayıb.

Məlumata görə, yaxtada olan 12 Britaniya vətəndaşı və 12 misirli ekipaj üzvü ilə birlikdə xilas edilib. Onlar yaxınlıqdakı Marsa Şaqra Dalğıc Kurortunda təhlükəsiz yerə aparılıblar.

Eyni zamanda, qeyd olunur ki, hadisə zamanı qayıqda olan üç britaniyalı turist itkin düşüb.

Teqlər: