Ukrayna səfirliyi qarşısında keçiriləcək etiraz aksiyasına icazə verilməyib.
AzerTimes xəbər verir ki, bu sözləri Globalinfo.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov Ukraynada həbs olunan Misir Qasımlı və Sübhan Quliyevlə bağlı Ukrayna səfirliyinin önündə keçirilməsi nəzərdə tutulan mitinqlə bağlı danışarkən deyib.
O bildirib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir:
“Sosial şəbəkələrdə edilən çağırışlar qanunsuzdur. Əgər belə bir aksiya keçiriləcəksə, qarşısı alınacaq”.
Qeyd edək ki, sosial şəbəkələrdə Ukraynada həbs olunan Vətən müharibəsi iştirakçısı Misir Qasımlı və onun dostu Sübhan Quliyevlə bağlı bu gün Ukrayna səfirliyinin qarşısında etiraz aksiyasının keçiriləcəyi bildirilirdi.