Misir məhkəmədə: Bizi satırsız, hanı səfirliyimiz? – Video

Misir məhkəmədə: Bizi satırsız, hanı səfirliyimiz? – Video

Xəbər verdiyimiz kimi, Ukrayna məhkəməsi Azərbaycan vətəndaşı, İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevi 8 il müddətinə azadlıqdan məhrum edib.

AzerTimes xəbər verir ki, hökm elan olunandan sonra Misir Qasımlı və Sübhan Quliyev məhkəmənin əlində heç bir sübutun olmadığını deyiblər.

S.Quliyev çıxışında Azərbaycanın Ukraynadakı səfirliyinə də etiraz edib və heç bir iş görməməkdə günahlandırıb:

“Burada vəsatətimiz keçmir. 20 vəsatət vermişik, qəbul edilməyib. İşə baxan yoxdur. Buna dövlət özü qarışmalıdır. Mənə hökm kəssinlər, amma Misiri buraxsınlar. Bizi ermənilərə görə tuturlar, bir nəfər dillənmir. Ayıbdır, burda dayanıb bizi satırsınız. Bu, satqınlıqdır. Hardadır bizim səfirliyimiz? Hamısı qaçıblar. Bir nəfər öz vəzifəsini icra eləmir”.

Qeyd edək ki, ermənilərin şərlədiyi Qarabağ veteranı Misir Qasımlı bir ildən çoxdur həbsdə saxlanılır. Ötən gün isə qondarma ittihamla 8 il həbs cəzasına məhkuç edilib.

Teqlər: