Misir batalyonu Sudan xüsusi təyinatlılarına təslim oldu – Foto

Misir batalyonu Sudan xüsusi təyinatlılarına təslim oldu – Foto

Sudan Çevik Reaksiya Qüvvələri (RRF) Misir Silahlı Qüvvələrinin ölkənin şimalında yerləşən Meroe hərbi aviabazasındakı bir batalyonunun onlara təslim olduğunu bildirib.

AzerTimes Publika.az-a istinsdən xəbər verir ki, bununla bağlı Tvitterdə paylaşım edilib.

Paylaşıma əlavə edilən görüntülərdə Misir hərbi geyimli kişilər Sudan RRF döyüşçülərinin əhatəsində səkidə oturublar.

Qeyd edək ki, paytaxt Xartumda Çevik Reaksiya Qüvvələri ilə Sudan ordusu arasında şənbə günü başlayan döyüşlər davam edir.

Rusiyanın Sudandakı səfiri Andrey Çernovol hesab edir ki, yaxın bir neçə saat ərzində münaqişə danışıqlar mərhələsinə keçəcək.

Teqlər: