Mişelin bu bəyanatını alqışlayırıq – Darsaliya

Mişelin bu bəyanatını alqışlayırıq – Darsaliya

Gürcüstan Avropa Şurasının sədri Şarl Mişelin AB-nin 2030-cu ilə qədər genişlənməyə hazır olması barədə bəyanatını alqışlayır.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya deyib.

“Biz bu bəyanatı alqışlayırıq. Bu, Şarl Mişelin çox güclü, vacib və deyərdim ki, çox vaxtında verdiyi bəyanatdır”, – Darsaliya bildirib.

Qeyd edək ki, AB Şurası rəhbəri Şarl Mişel ittifaqın genişlənməsinin ləng getməsi ilə bağlı tənqidləri qəbul etməyib və bildirib ki, müvafiq ölkələr 2030-cu ildə yeni genişlənmə dalğasına hazır olmalıdır.

Teqlər: