2030-cu ildə də AB-nin tam üzvü olacağımıza əmin deyilik.
AzerTimes xəbər verir ki, bunu Serbiyanın Baş naziri Ana Brnabiç deyib.
“Siz Şarl Mişelin 2030-cu il dediyini eşitdiniz. Biz əvvəllər AB-nin genişlənmə strategiyasını 2025-ci il olaraq eşitmişdik. Artıq 2025-ə çatmışıq, indi 2030-cu il olduğunu eşidirik”, – Brnabiç bildirib.
Qeyd edək ki, AB Şurası rəhbəri Şarl Mişel ittifaqın genişlənməsinin ləng getməsi ilə bağlı tənqidləri qəbul etməyib və bildirib ki, xüsusilə Balkan ölkələri 2030-cu ildə yeni genişlənmə dalğasına hazır olmalıdır.