Mişel Ərdoğana zəng etdi: Türkiyə tək deyil!

Mişel Ərdoğana zəng etdi: Türkiyə tək deyil!

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

AzerTimes xəbər verir ki, bu barədə Mişel özünün Tvitter səhifəsində məlumat yayıb.

O qeyd edib ki, telefon danışığı zamanı Türkiyə xalqına başsağlığı verib, həmrəylik və dəstək ifadə edib.

“Türkiyə tək deyil. Avropa İttifaqı və üzv dövlətlər dəstəyi səfərbər etməyə davam edəcəklər”, – deyə Mişel bildirib.

Aİ prezidenti Suriyaya humanitar çıxışı təmin etdiyinə görə Türkiyəyə təşəkkür edib.

Teqlər: