Mişanın görüntülərinin yayılmasına sərt reaksiya

Mişanın görüntülərinin yayılmasına sərt reaksiya

Penitensiar xidmətin üçüncü prezidentin görüntülərini yayması cinayət məsuliyyətidir, çünki Mixail Saakaşvilinin icazəsi olmadan yayımlanıb.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin vəkili Şalva Xaçapuridze jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, yayılan video ilə bağlı şikayət edəcəklər və bu görüntülərin yığışdırılmasını tələb edəcəklər.

Qeyd edək ki, Xüsusi Penitensiar Xidmət Saakşvilinin müxtəlif vaxtlarda qeydə alınan video görüntülərini ictimaiyyətə təqdim edib.

Teqlər: