Mişanın azadlığı üçün hər şey edəcəyik – Nakopiya

Mişanın azadlığı üçün hər şey edəcəyik – Nakopiya

Gürcüstanın ən böyük müxalifət partiyası olan Vahid Milli Hərəkat Partiyasının Siyasi Şurası ölkənin keçmiş prezidenti Mixail Saakaşvilinin azadlığa buraxılması planını qəbul edib.

AzerTimes xəbər verir ki, bunu Milli Hərəkatın Siyasi Şurasının sədri Koba Nakopiya deyib.

O, partiyanın əsas məqsədinin Saakaşvilinin azadlığa buraxılması olduğunu açıqlayıb:

“Saakaşvilinin yoldaşları hesab edirlər ki, məhkəmə eks-prezidentin yenə həbsdə qalmasına qərar verəcək. Bizim buna cavab strategiyamız var. Partiya Mixail Saakaşvilinin yaxın vaxtlarda azadlığa buraxılması üçün hər şeyi edəcək”.

Teqlər: