Mişa buna görə xəstəxanadadır – Nazir

Mişa buna görə xəstəxanadadır – Nazir

Müalicəyə ehtiyacı olan şəxs xəstəxanada olur. Təbii olaraq müalicəyə ehtiyacı olanın müəyyən diaqnozu da olur.

AzerTimes xəbər verir ki, bu sözləri Gürcüstan ədliyyə naziri Rati Breqadze eks-prezdent Mixail Saakaşvilinin səhhətinin ağırlaşması ilə bağlı ona ünvanlanan suala cavabında bildirib.

Saakaşvilinin səhhətinin niyə yaxşılaşmaması ilə bağlı jurnalistin sualına ədliyyə naziri cavab olaraq bildirib ki, bu barədə müvafiq nəticəni çıxarmaq həkimlərin üzərinə düşür:

“Sanki mənimlə faktlar əsasında danışırsınız. Siz mənə cavab verə bilməyəcəyim bir sual ünvanladığınızımı düşünürsünüz? Mən sizin sualınıza sual ilə cavab verimirəm, sadəcə sualınızı dəqiqləşdirirəm. Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti ilə bağlı məlumatım var. O, “Vivamed” klinikasına köçürüldüyü zaman qoyulan diaqnozu barədə məlumatlıyam. Ancaq bunu sizinlə paylaşmayacam. Buna səbəb nəyisə sizdən gizlətməyim deyil, sadəcə bu şəxsi məlumatlardır. Bu barədə sadəcə pasyentin özü məlumat yaya bilər.

Müalicəyə ehtiyacı olan şəxs xəstəxanada olur. Təbii olaraq müalicəyə ehtiyacı olanın müəyyən diaqnozu da olur. Saakaşvilinin müəyyən diaqnozu var və müvafiq müalicə kursu keçir”.

Sabiq prezidentin xaricə köçürülməsi mövzusuna gəlincə nazir bildirib ki, Gürcüstanda cəza çəkən məhbus cəzası bitənədək xarici ölkəyə köçürülə bilməz.

Teqlər: