Kəlbəcər yolunda tıxac yarandı

Kəlbəcər yolunda tıxac yarandı

Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yolunda qismən tıxac yaranıb.

AzerTimes-ın Report-a istinadən məlumatına görə, yağan qar və soyuq hava səbəbindən avtomobil yolunda hərəkət çətinləşib.

Yolların buz bağlaması avtomobillərin hərəkətinə maneə olub.

Hazırda ərazidə olan Dövlət Yol Polisi Bölməsinin əməkdaşları və digər aidiyyatı qurumlar tərəfindən yaranmış problemin həlli üçün işlər aparılır.

DYP sürücülərdən həmin yolda ehtiyatlı olmaları və yol-hərəkət qaydalarına riayət etmələrini xahiş edir.

Teqlər: