Mirzoyanla görüşə hazıram… – Çavuşoğlu

Mirzoyanla görüşə hazıram… – Çavuşoğlu

Ermənistan xarici işlər naziri ilə görüşməyə hazıram, lakin danışıqların konkret tarixi hələ müəyyən edilməyib.

AzerTimes xəbər verir ki, bu barədə Çavuşoğlu İstanbulda keçirdiyi mətbuat konfransında deyib.

“Biz belə görüşə hər zaman hazırıq. Antalyada Diplomatik Forum zamanı da oxşar görüş olub. Bizim üçün problem deyil, lakin hazırda konkret tarix yoxdur”, – Çavuşoğlu söyləyib.

Onun sözlərinə görə, normallaşma prosesi çərçivəsində növbəti görüşü keçirmək üçün Türkiyə və Ermənistanın xüsusi nümayəndələri təmasdadırlar.

O, həmçinin qeyd edib ki, razılıq əldə olunub, bundan sonra bu görüşlər ya Türkiyə, ya da Ermənistan ərazisində keçiriləcək.

Teqlər: