Mirzoyan Rusiyaya gedir

Mirzoyan Rusiyaya gedir

Bu gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya işgüzar səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Mirzoyanın rusiyalı həmkarı Sergey Lavrovla görüşəcəyi bildirilir.

Görüş zamanı regional təhlükəsizlik və sabitlik, o cümlədən Ermənistan-Rusiya müttəfiqlik münasibətləri ilə bağlı məsələlər müzakirə olunacaq.

Teqlər: