Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı

Mirzoyan Putinin həbsinə kömək etdiklərini açıqladı

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməklə qlobal hüquq sisteminin gücləndirilməsinə kömək edir.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə Şərq Tərəfdaşlığına üzv ölkələrin nazirlərinin görüşündə çıxışı zamanı deyib.

“Ermənistan bu addımı ilə öz milli maraqları əsasında qərar qəbul etmək üçün suveren hüququnu təsdiqləyib”, – o bildirib.

Qeyd edək ki, BCM 17 dekabrda Rusiya lideri Vladimir Putinin həbsinə order verib. Roma Statutunu ratifikasiya edən ölkələrin bu qərarı icra etməsi məcburidir.

Ermənistan Roma Statutunu oktyabrda ratifikasiya edib.

Teqlər: