Mirzoyan Bakıya bu vədi verdi, Bayramov isə… – Ovanisyan

Mirzoyan Bakıya bu vədi verdi, Bayramov isə… – Ovanisyan

ABŞ-da keçirilən Ermənistan-Azərbaycan xarici işlər nazirlərinin görüşündə Ararat Mirzoyan Bakıya Qarabağla bağlı vəd verib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı erməni politoloq Andranik Ovanisyan yayıb.

“Bəzi məlumatlara əsasən, üçtərəfli görüşün ilk günü Ararat Mirzoyan Ermənistan hakimiyyətinin Baş nazir Nikol Paşinyanın simasında Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanımaqda qətiyyətli olduğunu və konfliktin nizamlanmasına qərar verdiyini deyib. Azərbaycan nümayəndə heyətinin rəhbəri Ceyhun Bayramov isə Bakının Ermənistanın regiondakı iqtisadi və nəqliyyat-logistika layihələrində iştirakına maneə yaratmayacağını açıqlayıb.

Əgər bu informasiya həqiqət deyilsə, Vaşinqtondakı erməni nümayəndə heyətindən bir nəfər çıxıb bəyan etsin ki, Ermənistan heç bir halda Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq”, – A.Ovanisyan bildirib.

Teqlər: