Mirzoyan Bakıda həbsdə olanları “qaytarmaq” istəyir

Mirzoyan Bakıda həbsdə olanları “qaytarmaq” istəyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan fevralın 26-da Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Miryana Spolyariç Eqqer ilə görüşüb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazir Mirzoyan Azərbaycanda saxlanılan şəxslərin qaytarılmasının, eləcə də itkin düşmüş şəxslərin taleyinin aşkarlanmasının vacibliyini xüsusilə vurğulayaraq, Ermənistan tərəfinin bu məsələdə əməkdaşlığa hazır olduğunu bildirib.

Görüş zamanı tərəflər həmçinin Cənubi Qafqazda mövcud təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Teqlər: