Mirziyayevin Bişkek səfəri təxirə salındı

Mirziyayevin Bişkek səfəri təxirə salındı

Özbəkistan Prezidenti Şövkət Mirziyayevin dekabrın 10-da Qırğızıstana nəzərdə tutulan səfəri təxirə salınıb.

AzerTimes xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyindən məlumat verilib.

”Səfər başqa vaxta təyin olunub. Dəqiq tarix məlum deyil, amma dekabrın sonuna kimi baş tutacaq ”, – məlumatda qeyd olunub.

Teqlər: