Mirziyayevdən fövqəladə vəziyyətlə bağlı yeni qərar

Mirziyayevdən fövqəladə vəziyyətlə bağlı yeni qərar

Özbəkistan Prezidenti Şövkət Mirziyayev kütləvi iğtişaşlar fonunda Qaraqalpaqda tətbiq edilən fövqəladə vəziyyətlə bağlı yeni qərar verib.

AzerTimes xəbər verir ki, Mirziyayev Qaraqalpaq Muxtar Respublikasında vəziyyətin sabitləşməsini və bölgə sakinlərinin həyatının əvvəlki axarına qayıtmasını nəzərə alaraq, tətbiq edilmiş fövqəladə vəziyyətin yumşaldılması barədə qərar qəbul edib.

Yeni qərara əsasən, respublika ərazisində komendant saatı 23:00-dan 05:00-dək qüvvədə olacaq. Daha öncə isə komendant saatı 21:00-dan 07:00-dək nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu ayın əvvəlində Qaraqalpaqıstan sakinləri konstitusiyaya təklif edilən dəyişikliklərə qarşı mitinq keçirib.

Teqlər: