Mir Cəlalın qazaxca əsərləri Qazaxıstanda təqdim edildi

Mir Cəlalın qazaxca əsərləri Qazaxıstanda təqdim edildi

MM Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Fərabi adına Qazax Milli Universitetində görkəmli Azərbaycan ədibi-yazıçı, ədəbiyyatşünas, filologiya elmlər doktoru, professor, əməkdar elm xadimi Mir Cəlal Paşayevin anadan olmasının 115 illiyi ilə bağlı təşkil olunmuş tədbirdə geniş məruzə ilə çıxış edib.

AzerTimes xəbər verir ki, tədbiri açıq elan edən rektor Canseyt Tuimebayev Q.Paşayevanın başçılıq etdiyi Azərbaycan nümayəndə heyətini salamlayıb, ürək sözlərini bölüşüb, qardaş ölkələrimiz arasında yüksək səviyyəli dövlətlərarası və xəlqi münasibətin getdikcə daha da gücləndiyini və bütün əməli fəaliyyət sahələrinə sirayət etdiyini bildirib.

Mir Cəlal şəxsiyyəti və yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edən Komitə sədri Canseyt Tuimebayevə görkəmli Azərbaycan ədibinin qazaxca “Dağların ürəyi” kitabının nəşrinə verdiyi dəstəyə görə təşəkkür edib.

Paşayeva Mir Cəlalın həyat və yaradıcılığı haqda mümühm məlumatları səsləndirib.

Əlavə edək ki, Mir Cəlal Paşayevin əsərlərini qazax dilinə Nurqali Oraz, Nurjan Kuantayulı, Sayad Kamşıger, Künnur Aytıbayeva çevirib. Nəşrin məsul redaktoru Kadirbek Kunipiyaulı, nəşrin redaksiya heyətinin rəhbəri, filologiya elmlər doktoru, professor Canseyt Tuimbayevdir.

Mir Cəlal Paşayevin qazaxca hekayələr toplusuna Q.Paşayeva ön söz yazıb.

Teqlər: