Miqrasiya Xidməti Azərbaycana gələn Ukrayna vətəndaşlarının sayını açıqladı

Dövlət Miqrasiya Xidməti bu il fevralın 24-dən Azərbaycana gələn
Ukrayna vətəndaşlarının sayını açıqlayıb.

Dövlət Miqrasiya Xidmətinin Mətbuat xidmətinin rəhbəri Elnur
Kələntərli AzerTimes-ın sorğusuna cavab olaraq bildirib ki, müharibə
başlayandan bu günə qədər Azərbaycana 6 min 163 nəfər Ukrayna
vətəndaşı daxil olub.

Teqlər: