MiQ-lər kömək etməyəcək, F-16 lazımdır – İqnat

MiQ-lər kömək etməyəcək, F-16 lazımdır – İqnat

Ukraynanın tərəfdaş ölkələrdən aldığı MiQ-29 təyyarəsi müharibənin aparılması üçün vacib olsa da, hava üstünlüyünün qazanılmasına imkan verməyəcək. Bunun üçün Ukrayna ordusuna F-16 kimi daha müasir təyyarələr lazımdır.

AzerTimes xəbər verir ki, bunu Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat deyib.

“Ruslar aviasiyada 5-6 dəfə üstünlüyə malikdir. Bundan başqa, rusların radarları Ukraynanın “MiQ” və “Su” təyyarələrinə heç bir şans verməyəcək. Amma F-16 ən yaxşı olmasa belə, Rusiya aviasiyasına müqavimət göstərə biləcək”, – İqnat bildirib.

Teqlər: