Minsk qrupunun işi heç bir nəticə vermədi – Hikmət Hacıyev

Şuşa. Trend:

ATƏT Minsk qrupunun işi Ermənistanla münaqişənin sülh yolu
tənzimlənməsində heç bir nəticə vermədi.

Trend-in məlumatına görə, bunu Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada “Cənubi
Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans
zamanı deyib.

Onun sözlərinə görə, 30 il Minsk qrupu çərçivəsində gedən
danışıqlar Cənubi Qafqazda sülhə gətirib çıxarmadı.

“Azərbaycan hər zaman sülh tənzimlənməsinə can atıb və tarixin
bu səhifəsini çevirmək istəyir”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: