Bank VTB (Azərbaycan) elektron və kompüter cinayətlərindən sığorta üzrə açıq tender elan edir

Tender sənədləri ilə Bankın Xətai pr., 38, Messenat Plaza, VTB
Bank ASC (Azərbaycan), AZ 1008 ünvanında yerləşən ofisində tanış
olmaq olar.

Tender təklifi qeyri-şəffaf, möhürlənmiş ikiqat zərfdə üzərində
qarşı tərəfin möhürü ilə (qarşı tərəf fərdi sahibkardırsa, imzası
ilə) təsdiq edilmiş sənədlərin siyahısı ilə 6 may 2022-ci il saat
16:00-dan gec olmayaraq Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38
Messenat Plaza, АZ 1008, Bank VTB (Azərbaycan) ASC ünvanında
yerləşən Bankın baş ofisinə təqdim edilməlidir.

Əlaqələndirici şəxs: Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə
(Tender) komitəsinin katibi

Fəranə Heydarova

Telefon: 012 492-00-80 (daxili nömrə: 5517)

Faks: 012 437-71-21

[email protected]