Minsk Qrupu tarixin zibilliyinə atılıb – Rusiya

Minsk Qrupu tarixin zibilliyinə atılıb – Rusiya

ATƏT-in Minsk Qrupunun formatı hələ ötən ilin fevralında tarixin zibilliyinə atılıb.

AzerTimes xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, o zaman amerikalı və fransalı həmsədrlər uydurma bir bəhanə ilə rusiyalı həmsədrlərlə qarşılıqlı əlaqəni dayandırıblar:

“Bununla bağlı heç bir aydın izahat yox idi. Bunu nəzərə alaraq, biz diqqəti İrəvan və Bakıya dəfələrlə müzakirə edilmiş və izah edilmiş ən yüksək səviyyədə müvafiq sazişlər toplusu əsasında üçtərəfli formatlar çərçivəsində yardım göstərməyə yönəltmişik.

Ermənistan-Azərbaycan nizamlanması məsələsində ABŞ-ın vasitəçiliyinə gəlincə, bunun real addımlarla dolacağını və hər hansı əlavə dəyər qazanacağını görmürük”.

Teqlər: