Minlərlə rus əsgəri öldürüləcək – Hoces

Minlərlə rus əsgəri öldürüləcək – Hoces

Ukrayna Baş Qərargahı son bir neçə həftə ərzində yaxşı iş görüb.

AzerTimes xəbər verir ki, bunu bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces deyib.

“Hazırda məndə Xersonda aparılan əməliyyatla bağlı elə də çoxlu məlumat yoxdur. Ukrayna Baş Qərargahı əməliyyat təhlükəsizliyini qorumaq üçün çox yaxşı iş görür. Çünki biz biliriksə, ruslar da bilir. Ukrayna qoşunlarının hücuma hazırlıq işi müsbətdir. Söhbət Rusiyanın logistika zəncirlərinin, düşmən qərargahlarının və rabitə vasitələrinin məhv edilməsindən gedir”, – Hoces bildirib.

Geeneral Xerson istiqamətində əks-hücumun vacibliyini açıqlayıb:

“Əvvəla, Xerson ələ keçirilən ilk regional mərkəz idi. Və biz Rusiyanın nə edəcəyini gördük – hər şeyi, valyutanı, dili, mədəniyyəti ruslaşdırıb. Onlar Ukrayna mədəniyyətini əllərindən gələn qədər məhv edir. Ona görə də bunu dəyişmək lazımdır. İkincisi, Ukrayna bunu etməyə qərar verərsə, potensial olaraq minlərlə rus əsgəri əsir düşəcək və ya mühasirədə öldürüləcək”.

Teqlər: