Minik avtomobili yük maşınına çırpıldı: ölən var

Minik avtomobili yük maşınına çırpıldı: ölən var

Göygöldə ölümlə nəticələnən avtomobil qəzası olub.

AzerTimes Report-a istinadən xəbər verir ki, hadisə Çaylı kəndində qeydə alınıb.

VAZ-21011 markalı avtomobilin idarəetmədən çıxaraq yol maşınına çırpılması nəticəsində minik avtomobilinin sürücüsü ağır xəsarət alaraq hadisə yerində ölüb.

Onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Teqlər: