Mingəçevirdə yol qəzasında xəsarət alanların kimliyi bilindi

Xəbər - Samir Əli – Trend:

Mingəçevir şəhərində baş verən yol qəzası nəticəsində xəsarət alanların kimliyi məlum olub.

AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində iki nəfər xəstəxanaya yerləşdirilib. Onlar Mingəçevir şəhər sakinləri Solmaz Əliyeva və Tamella Ramazanovadır. Xəsarət alan hər iki şəxs “VAZ 21099” markalı avtomobilin sərnişinləri olub. Qəzada olan digər avtomobil isə “Ford” markalı yük avtomobili olduğundan həmin avtomobildə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Xatırladaq ki, Mingəçevir şəhəri, Heydər Əliyev prospektində yol qəzası baş verib. “VAZ 21099” markaklı avtomobillə “Ford” markalı avtomobilin toqquşması nəticəsində 6 nəfər xəsarət alsa da, onlardan 4 nəfərinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, iki nəfər isə xəstəxanaya yerləşdirilib.

Twitter: @GuleliyevSamir

Teqlər: