Mingəçevirdə restoran sahibi yaşıllıq zolağını bilərəkdən məhv edir?

Mingəçevir şəhərində yaşıllıq zolağı məhv edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə video
yayılıb.

Görüntüdə Mingəçevir şəhəri, Kür qırağı adlanan ərazidən bəhs
edilir.

Ərazidə yaşıllıq zolağında ağacların üz qabığı bilərəkdən
soyularaq qurudulur. Təxminən yüzdən artıq ağacın qabığı soyularaq
məhv edilir.

Videoda bildirilir ki, ağacların qurudulmasına səbəb ərazidə
fəaliyyət göstərən kafe-restoranın böyüdülməsidir. Məlumata görə, “Şamlıq” adlanan kafe-restoranın sahibi bilərəkdən ağacları kütləvi
olaraq qurudub, sonradan kəsdirmək istəyir ki, həmin zolağın
kənarında olan obyektinin ərazisini genişləndirsin.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-ın sorğusuna
cavab olaraq bildirilib ki, məsələ ilə bağlı nazirliyin aidiyyəti
qurumları tərəfindən araşdırmalara başlanılıb.

Teqlər: