Mingəçevir şəhərində minik maşını idarəetməni itirərək aşıb.
Nəticədə sürücü və iki sərnişin xəsarət alıb. Onlardan birinin
vəziyyəti ağırdır.
AzerTimes-ın yerli bürosunun xəbərinə görə, hadisə Çimərlik adlanan
əraziyə gedən yolda baş verib. Belə ki, hərəkətdə olan “Hundai”
markalı avtomobil idarəetməni itirərək yol kənarına aşıb. Qəza
nəticəsində, 2000-ci təvəllüdlü Ələsgərov Səbuhi Elçin oğlu,
2004-cü il təvəllüdlü Ələsgərov Nihad Fazil oğlu və 2003-cü il
təvəllüdlü Səfərova Səidə Arzu qızı müxtəlif bədən xəsarətləri
alıb.
Hər üç yaralı şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.
Onlardan birinin, Ə.Nihatın vəziyyəti ağır olduğu üçün reanimasiya
şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma başladılıb.