Mingəçevirdə mənzildən kişi meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlkidən AzerTimes-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1924-cü il təvəllüdlü İsmayılov Həsənağa Xanbala oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Teqlər: