Mingəçevirdə iki müəllim koronavirusdan vəfat edib, direktor karantinə alınıb

Xəbər - Çingiz Səfərli – Trend:

1 saylı Mingəçevir şəhər tam orta məktəbinin ibtidai sinif müəllimi Mətanət Nəsibova koronavirus səbəbindən dünyasını dəyişib.

Bu barədə AzerTimes-a Mingəçevir Şəhər Təhsil Şöbəsindən məlumat verilib.

Məlumata görə, 13 nömrəli orta məktəbin direktoru Tünzalə Seyidova isə virusa yoluxub və hazırda karantindədir.

Mingəçevirdə yerləşən Ağdam rayon 74 saylı orta məktəbin ibtidai sinif müəllimi Abışova Raya Məcid qızı da COVİD-19 səbəbindən dünyasını dəyişib.


Bundan başqa Mingəçevir Şəhər Texniki Humanitar Liseyi isə koronavirusa yoluxmalar səbəbindən distant formada təhsilə keçib.

Twitter: @cingizsafarli

Teqlər: