Mingəçevirdə hərbçi faciəvi şəkildə dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Belə ki, Tərtər N saylı hərbi hissədə xidmət edən Goranboy sakini 1995-ci il təvəllüdlü müddətdən artıq hərbi xidmət qulluqçusu (MAXE) Namizəd Bayramov suda çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.