Gürcü Arzusunu daha 3 vəzifəli şəxs tərk etdi

Gürcü Arzusunu daha 3 vəzifəli şəxs tərk etdi

Telavi, Adigeni və Aspindze bələdiyyələrində Gürcü Arzusu Partiyasını şəhər şurasında təmsil edən üzvlər partiyanı tərk ediblər.

AzerTimes xəbər verir ki, onlar bu barədə şəxsi sosial şəbəkələrində açıqlama veriblər.

Partiyanı və tutduqları vəzifələri tərk edən şəxslər – Aspindze Bələdiyyə Məclisində Gürcü Arzusu fraksiyasının sədri Gia Çelişvili, Telavi Bələdiyyə Məclisinin Gürcü Arzusu fraksiyasının üzvü Levan Koçloşvili və Adigeni Şəhər Şurasının Gürcü Arzusu fraksiyasının sədri İmeda Mqebrişvilidir.

Onlar bu qərarı bu yaxınlarda Gürcü Arzusunu tərk edən parlamentarilərə dəstək məqsədilə, həmçinin azad şəkildə öz fikirlərini ifadə edə bilmələri üçün verdiklərini bildiriblər.

Qeyd edək ki, 11 iyulda Laqodexi, Çiatura və Terjola şəhər şurasının üzvləri də oxşar səbəblərdən partiyanı və tutduqları vəzifələri tərk ediblər. Eyni zamanda, 28 iyunda isə Gürcü Arzusu Partiyasını 3 millət vəkili – Mixail Kavelaşvili, Dimitri Xundadze və Sozar Subari tərk edərək müstəqil fəaliyyət göstərəcəklərini bildirmişdilər.

Teqlər: