Mingəçevirdə “Ford” “VAZ”la toqquşub, yaralılar var

Xəbər - Samir Əli – Trend:

Mingəçevir şəhərində yol qəzası olub. AzerTimes-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Şəhər ərazisindən Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan “VAZ-21099” markalı avtomobil “Ford” markalı yuk avtomobili ilə toqquşub. Qəza nəticəsində 6 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə yollanıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: