Mingəçevirdə dördmərtəbəli binada yanğın

Mingəçevirdə dördmərtəbəli binada yanğın

Mingəçevir şəhərində dördmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 47 m² olan 3 otaqlı mənzilin eyvanının yanar konstruksiyaları 3 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a bildirilib ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Teqlər: