Mingəçevir Dövlət Universitetinin tələbələri Heydər Əliyev Mərkəzinə ekskursiya ediblər (FOTO)

2022-ci ilin 17 fevral tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) və Tələbə
Vətənpərvərlik İnkişafı Mərkəzinin (TVİM) birgə təşkilatçılığı ilə
universitetin bir qrup tələbə və magistrantı Mingəçevir şəhər
Heydər Əliyev Mərkəzinə ekskursiya edib.

Ekskursiya cari ildə universitet rektorunun müvafiq əmri ilə
təsdiq edilmiş “MDU-da ideoloji maarifləndirmə konsepsiyası ilə
bağlı keçiriləcək Tədbirlər Planı” çərçivəsində baş tutub.

Ekskursiyada gənclərə müasir və müstəqil Azərbaycan dövlətinin
memarı, Ümummilli lider Heydər Əliyevin keçdiyi həyat yolu,
ölkəmizin hərtərəfli inkişafında göstərdiyi misilsiz xidmətləri
haqqında məlumatlar verilib və Mərkəzin fəaliyyət istiqamətləri
diqqətə çatdırılıb.


Daha sonra, tələbə və magistrantlar Ulu Öndərin həyat və
fəaiyyətini əks etdirən eksponat, fotoşəkil və kitablarla tanış
olublar.

Qeyd edək ki, əsas vəzifələrindən biri Vətənə, xalqa və dövlətə
bağlı mütəxəssis kadrların yetişdirilməsi olan MDU-da Ümummilli
lider Heydər Əliyevə həsr olunan tədbirlərin keçirilməsi, dahi
şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi
diqqət mərkəzində saxlanılır.

Teqlər: