Mingəçevir Dövlət Universitetinin magistrantları “Azərbaycan İES”-də olublar (FOTO)

2022-ci ilin 2 aprel tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Magistratura və Doktorantura Təhsil Mərkəzinin “Sənayenin
təşkili və idarə edilməsi” ixtisası üzrə təhsil alan birinci kurs
magistrantları “Azərbaycan İES” MMC-də “Energetika sənayesinin
iqtisadiyyatı” fənnindən məşğələ dərsi keçiblər.

Universitetdən AzerTimes-a verilən məlumata görə, əvvəlcə, magistrantlara
bələdçilik edən İES-in mühəndisi Eyyub Musayev onları stansiyanın
ərazisi ilə tanış edib.

Sonra, fənn müəllimi, Sənayenin təşkili və idarəetmə
kafedrasının müdiri, dosent Emiliya Hüseynova magistrantlara
istilik elektrik stansiyalarının işləmə prinsipləri, ölkənin enerji
sektoruna və iqtisadiyyatına verdiyi fayda barədə məlumat verib,
onları maraqlandıran sualları cavablandırıb.

Praktiki məşğələ magistrantlar tərəfindən maraqla
qarşılanıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr
hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun
təkmilləşdirilməsi, tədqiqatların nəticəyönümlüyü və
səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı
təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsi diqqət mərkəzində
saxlanılır. Bu baxımdan MDU-da “Azərbaycan İES” MMC ilə işbirliyinə
xüsusi önəm verilir. Cari tədris ilində işbirliyi çərçivəsində
ekskursiya, “dəyirmi masa”, elmi-praktik konfrans, universitet
tələbələri və İES-in gənc əməkdaşları üçün təlim-təcrübə
proqramları təşkil edilib.

Teqlər: