Mingəçevir Dövlət Universitetində Ümummilli liderə həsr edilmiş kitab sərgisi keçirilib (FOTO)

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə
həsr olunan kitab sərgisi keçirilib. MDU Kitabxanasının
təşkilatçılığı ilə universitetin ikinci tədris binasının həyətində
keçirilən sərgidə Mühəndislik və Təhsil fakültəsinin tələbələri
iştirak ediblər.

Əvvəlcə, tələbələr Ulu Öndər Heydər Əliyevin büstünün qarşısına
gül dəstələri düzüb və dünyaşöhrətli siyasətçinin əziz xatirəsini
böyük ehtiramla yad ediblər.

Sərgidə gənclər əbədiyaşar lider, müasir Azərbaycan dövlətinin
memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin həyat yolu və
titanik fəaliyyətindən bəhs edən kitablarla tanış olublar.

Sərgi iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı
tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin
zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği
universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli,
vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə
verir.

Teqlər: