Mingəçevir Dövlət Universitetində “Open Science Azərbaycan” layihəsi çərçivəsində seminar keçirilib (FOTO)

2022-ci ilin 24 fevral tarixində Mingəçevir Dövlət
Universitetində (MDU) “Open Science Azərbaycan” layihəsi
çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan
Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin (AGADMC) birgə
dəstəyi ilə “Open Science Azərbaycan: gənc tədqiqatçılar arasında
Open Science platformasının təbliği” mövzusunda seminar təşkil
olunub.

MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri dosent Vüqar
Mustafayevin moderatorluğu ilə keçirilən seminarda universitetin
gənc akademik heyət üzvləri və doktorantları, tələbələr və
magistrantlar iştirak ediblər.

Seminarda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) baş elmi
işçisi, AGADMC-nin əməkdaşı, dosent Ruslan Rəhimli təqdimatla çıxış
edərək layihə haqqında ətraflı məlumat verib. Təqdimatda R.Rəhimli
gənc tədqiqatçılara “Open Science”, “Open Access”, “Open Research
Date”, “Open İnnovation”, “Open Research Computation”,
“ResearchGate”, “Scientific Social Network” haqqında informasiyalar
verib, eləcə də onları “Open Access” jurnallarına çıxış imkanları,
“ORCID” indeksli jurnallarda çap olunmaq üçün elmi məqalələrin
hazırlanması metodologiyası barədə məlumatlandırıb.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan təqdimat
ətrafında müzakirələr aparılıb, təqdim edilən çoxlu sayda suallar
cavablandırılıb və universitetin gənc tədqiqatçıları xüsusi
sertifikatlarla təltif olunub.


Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da elmi
fəaliyyətin səmərəliliyinin və nəticəyönümlüyünün artırılması
diqqət mərkəzində saxlanılır və bu məqsədlə təlimlərin,
seminarların və digər müvafiq maarifləndirici tədbirlərin
keçirilməsinə xüsusi önəm verilir.

Teqlər: