Mingəçevir Dövlət Universitetində Novruz tonqalı yandırılıb (FOTO)

2022-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetində
Novruz bayramı münasibətilə tədbir keçirilib.

MDU-dan AzerTimes-a
verilən məlumata görə, Universitetin həyətində keçirilən tədbiri
giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov universitetin
əməkdaşlarını və tələbələrini Novruz bayramı münasibətilə təbrik
edib, ən xoş arzularını çatdırıb. Müzəffər Ali Baş Komandanımızın
və rəşadətli Azərbaycan Əsgərinin sayəsində dogma Qarabağımızda,
mədəniyyət paytaxtımız olan Şuşada Novruz tonqalının
yandırılmasından qürur hissi keçirdiklərini vurğulayan rektor əzəli
torpaqlarımızın azad olunması yolunda canından keçən Şəhidlərimizə
Allahdan rəhmət diləyib, qazilərimizə şəfa arzulayıb.

Tədbirdə çıxış edən MDU-nun dosenti Namaz Manafov Novruz
bayramının tarixindən bəhs edib və Azərbaycan xalqının bu milli
bayramının əsas xüsusiyyətləri barədə ətraflı məlumat verib.

Sonra MDU tələbələri tərəfindən Novruz bayramına həsr olunan
musiqilər səsləndirilib, rəqslər ifa olunub, səhnəciklər nümayiş
etdirilib.

Bayram tədbirində universitetin əməkdaşları və tələbələri ilə
yanaşı MDU İctimai Nəzarət Şurasının üzvləri də iştirak
ediblər.

Teqlər: