2022-ci il yanvarın 14-də Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə bir qrup valideyn cari tədris ilinin payız imtahan sessiyası çərçivəsində auditoriyalarda əyani formada təşkil edilən imtahan prosesini müşahidə ediblər.
MDU-dan AzerTimes-a bildirilib ki, Universitetin rəhbər və inzibati heyət üzvlərinin müşayiəti ilə payız imtahan sessiyasının gedişatını izləyən valideynlərə imtahan prosesi ilə yaxından tanış olmaq üçün bütün zəruri imkanlar təqdim edilib və onları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Yaradılan şəraitə və göstərilən diqqətə görə universitet rəhbərliyinə təşəkkürlərini bildirən valideynlər imtahanların obyektiv, ədalətli və şəffaf şəkildə keçirilməsindən məmnunluqlarını ifadə ediblər.
Qeyd edək ki, MDU-da yanvarın 5-dən başlanan payız imtahan sessiyası fevralın 2-dək davam edəcəkdir. Cari imtahan sessiyasında baş tutacaq 900-dən çox imtahanda 3000-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, hər bir fənn üzrə imtahan sualları və həmin sualların qısaldılmış cavabları tələbələrə çatdırılıb. İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb, “Qaynar xətt” fəaliyyət göstərir. Bununla yanaşı, sessiya ərzində hər həftənin cümə axşamı rektorun iştirakı ilə “Açıq Qapı” günləri keçirilir.