Co Bayden yanvarın 19-da mətbuat konfransı keçirəcək

ABŞ prezidenti Co Bayden yanvarın 19-da mətbuat konfransı keçirməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bu barədə brifinq zamanı Ağ Evin mətbuat katibi Cen Psaki deyib.

C.Psaki bildirib: “Mən prezidentin gələn çərşənbə günü saat 16:00-da rəsmi mətbuat konfransı keçirəcəyini gözləyirəm”.

C.Psaki Amerika liderinin çıxışı zamanı toxunacağı mövzuların siyahısını təqdim etməyib:

“Prezident birbaşa Amerika xalqına müraciət etməyi səbirsizliklə gözləyir”.