Mingəçevir Dövlət Universitetində Müstəqillik Gününə həsr edilmiş dəyirmi masa keçirilib (FOTO)

2022-ci ilin 25 may tarixində Mingəçevir Dövlət Universitetinin
(MDU) Təhsil fakültəsinin Humanitar fənlər kafedrasının
təşkilatçılığı ilə Mingəçevir şəhər Tarix Muzeyində “28 May –
Müstəqillik Günü”nə həsr edilmiş “Azərbaycanın dövlət müstəqilliyi
əbədi və dönməzdir” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masada MDU-nun bir qrup akademik heyət üzvü, tələbə və
magistrantlar, muzeyin əməkdaşları iştirak ediblər.

Tədbirdə giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər
kafedrasının müdiri, dosent Esmira Cəfərova, ilk növbədə,
Müstəqillik Günü münasibətilə iştirakçıları təbrik edib. Milli
tariximizin ən şanlı səhifələrindən olan Azərbaycan Xalq
Cümhuriyyətinin yaranmasından 104 il ötdüyünü qeyd edən E.Cəfərova
Şərqin ilk demokratik müsəlman respublikasında müstəqil və
demokratik dövlət quruculuğu sahəsində görülən işlərin öyrənilməsi
və gənclər arasında təbliğinin önəmindən bəhs edib, tədbirin
əhəmiyyətini diqqətə çatdırıb.

Sonra proqrama uyğun olaraq çıxışlara başlanılıb. MDU-nun baş
müəllimi Mətanət Yusifova “28 May Azərbaycanın dövlətçilik
tarixinin parlaq və şanlı səhifəsidir”, Təhsil fakültəsinin
tələbələrindən İlahə İbrahimova “AXC-nin qurucuları”, Nərgiz
Rüstəmova “Cümhuriyyət hökumətləri”, Əli Abbasov “AXC-nin
qanunvericilik fəaliyyəti”, Gülmirə Kazımova “Cümhuriyyətin dövlət
rəmzləri”, Rəsul Mirzəyev “Ordu quruculuğu AXC-nin prioritet
siyasəti kimi” mövzularında məruzələrini təqdim ediblər.

Daha sonra, tələbələrdən Murad Məcdunov “Cümhuriyyət
liderlərinin xarici siyasət fəaliyyəti”, Mehdi Mahmudov
“Cümhuriyyətin qonşu dövlətləri ilə münasibəti”, Səbinə Əliyeva
“Cümhuriyyət dövründə Türkiyə ilə münasibətlər”, Azər Rzayev
“Cümhuriyyətin qərb dövlətləri ilə münasibətləri”, Leyla Manafova
“Cümhuriyyət dövründə milli siyasət”, Gülnur Məmmədli “AXC dövründə
milli mətbuatın inkişafı”, Narıngül İbrahomova “Cümhuriyyət
dövründə ədəbi-bədii mühit” və Heydər Qafarlı “AXC-nin süqutu və
tarixi əhəmiyyəti” mövzularında məruzələrlə çıxış ediblər.

Məruzələr dəyirmi masa iştirakçıları tərəfindən maraqla
qarşılanıb və geniş müzakirələr aparılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin
keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik
ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və
təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində
saxlanılır.

Teqlər: