Mingəçevir Dövlət Universitetində mini-futbol yarışlarına start verilib (FOTO)

Mingəçevir Dövlət Universitetində (MDU) İdman-sağlamlıq kompleksinin təşkilatçılığı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünə həsr olunan mini-futbol yarışlarına start verilib.

Oktyabrın 10-dan başlayaraq 30-dək davam edəcək yarışlar dərs saatlarından kənar vaxtlarda universitetin mini-futbol meydançasında təşkil edilir və olimpiya sistemi üzrə 11 komandanın iştirakı ilə həyata keçirilir. İkinci tur oktyabrın 17-də başlayacaq.


Oyunlara kompleksin rəhbəri Fərman Məmmədov hakimlik edir.
Qeyd edək ki, gənclərin hərtərəfli inkişafına hədəflənən əlverişli təhsil mühitinin formalaşdırılmasına xüsusi önəm verən MDU-da tələbələrin asudə vaxtlarının səmərəli təşkili və sağlam həyat tərzinin təmin edilməsi üçün müvafiq şəraitin yaradılması diqqət mərkəzində saxlanılır.

Teqlər: