Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına tam hazırdır

Mingəçevir Dövlət Universitetində (MDU) 2021/2022-ci tədris
ilinin yaz semestrinin imtahan sessiyasına hazırlıqla bağlı bütün
işlər vaxtında başa çatdırılıb.

İmtahan sessiyası Azərbaycan Respublikasının Təhsil nazirinin
“2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının
təşkili və keçirilməsi barədə” 19 may 2022-ci il tarixli F-282
nömrəli əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan
sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur
bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü
aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri
çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə
tutulub.

MDU-da imtahan sessiyası 01 iyun – 05 iyul 2022-ci il
tarixlərində ənənəvi formada təşkil ediləcəkdir. Tələbələrin aralıq
qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab
əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcəkdir.

Cari imtahan sessiyasıda baş tutacaq 600-dən çox imtahanda
2000-ə yaxın tələbə və magistrantın iştirakı gözlənilir. Sessiya
ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb,
tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan
cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları
vaxtında tələbələrə çatdırılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil
keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı
dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək
məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və
“Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində
“Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin
ediləcək, rektorun iştirakı ilə müntəzəm “Açıq qapı” günləri
keçiriləcəkdir.

Teqlər: